Bədii gimnastımız Çexiya Qran-Prisində çıxış edib
Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran-Pri yarışları yekunlaşıb.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Zöhrə Ağamirova yarışların final mərhələsində çıxış edib. Belə ki, top ilə kompozisiyasına görə gimnastımız 19.650 xal toplayaraq yarışı 7-ci yerdə başa vurub.

Çoxnövçülükdə isə gimnastımız 72.050 xalla 29 iştirakçı arasında 12-ci yerdə qərarlaşıb.

Xəbər 822 dəfə oxundu.