Azərbaycanın U-19 millisi belaruslu həmyaşıdlarını minimal hesabla məğlub edib
Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Tural Vəlizadə penalti zərbəsindən vurub.

Xəbər 753 dəfə oxundu.