Bədii gimnastımız Qazaxıstanda bürünc medal qazanıb
Qazaxıstanın Çimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, turnirdə gənclərin yarışında ölkəmizi təmsil edən Nərmin Bayramova çoxnövçülük proqramında 63.050 xal toplayaraq bürünc medal qazanıb.

Böyük gimnastların mübarizəsində Yelizaveta Luzan çoxnövçülük proqramında 58.050 xalla turniri dördüncü, komanda yoldaşı Fatimə Əkbərova isə 55.850 xalla altıncı yerdə başa vurub.




Xəbər 811 dəfə oxundu.