Naxçıvanlı güləşçi beynəlxalq turnirdə bürünc medal qazanıb
Gürcüstanın Kutaisi şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı uğur qazanıb.

38 kiloqram çəki dərəcəsində mübarizə aparan Yəhya Paşayev yarımfinal mərhələsinə kimi bütün rəqiblərini məğlub edib. Həmin mərhələdə məğlubiyyətlə üzləşən güləşçimiz üçüncü yer uğrunda görüşdə ermənistanlı idmançı ilə üz-üzə gəlib. Keçirilən qarşılaşmada əzmkarlıq göstərən Yəhya Paşayev rəqibini məğlub edərək beynəlxalq turnirin bürünc medalını qazanıb.

İdmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.


Xəbər 679 dəfə oxundu.