Mansurov Fərid Salman oğlu
Mansurov Fərid Salman oğlu 1982-ci il mayın 10-da Gürcüstanın Dmanisi rayonunda anadan olub.
Azərbaycan Respublikasının əməkdar məşqçisi Əliqulu Həsənoğlunun uetirməsidir. Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı, gənclərin dünya birinciliyinin çempionudur (2002, Özbəkistan-Daşkənd). Dünya çempionatında gümüş medal qazanıb. (2002, Rusiya). Bir sıra “Qran-Pri” turnirlərinin qalibi olub.

Fərid Mansurov 2004-cü ildə, Afinada 66 kq çəki dərəcəsində, yunan-Roma güləşi üzrə XXVIII Yay Olimpiya Oyunlarının qalibi olub.

Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

İkiqat Dünya çempionudur (2007, Bakı, 2009, Danimarka, Herninq ş.). XXIX çempionudur. Yay Olimpiya Oyunlarının iştirakçısıdır (2008, Pekin, Çin ). “Qızıl Qran-pri” turnirində I yerə layiq görülüb (2009, Bakı).

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi olub.

Hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiridir.

Xəbər 2690 dəfə oxundu.