"Azerbaijan International" turnirində dörddəbir finalçılar müəyyənləşib
“Azerbaijan International 2019” turnirində 3-cü yarış gününə yekun vurulub.

5 kateqoriya üzrə keçirilən turnirdə səkkizdəbir və dörddəbir final mərhələsinin oyunları təşkil olunub. Badmintonçularımızdan kişilərin qoşa yarışında mübarizə aparan Ezmi Qovimuramadhoni və Edi Reski Dviçayo səkkizdəbir finalda Almaniya təmsilçiləri Mark Lamsfuss-Marvin Seidel tandemi ilə qarşılaşıb. Badmintonçularımız bu kateqoriya üzrə turnirin 2 nömrəli favoritlərinə 0:2 (8-21, 6-21) hesabı ilə uduzub. Cahid Əlhəsənov-Səbuhi Hüseynov bu mərhələdə Bolqarıstan badmintonçuları Aleks Vlaar-Dimitar Yanakiev cütlüyü ilə qarşılaşıb. Badmintonçularımız rəqibinə 0:2 (10-21,8-21) hesabı ilə məğlub olub. Qadınların qoşa yarışında Xavər Bayramova-Elnurə Cəfərova cütlüyü hindistanlı Manişa-Rutaparna Panda duetinə 0:2 (6-21,9-31) hesabı ilə uduzub.

“Azerbaijan International 2019” turnirinə bu gün yarımfinal və final görüşləri ilə yekun vurulacaq. Turnirin həlledici oyunları saat 16:00-dan İctimai Televiziyada canlı yayımlanacaq. Bakı İdman Sarayında keçirilən yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. “Azerbaijan International 2019” turnirində 39 ölkədən 248 idmançı yarışır.

Xəbər 918 dəfə oxundu.