Azərbaycan-Slovakiya oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək
İyunun 11-də “Avro 2020”nin seçmə oyunları çərçivəsində futbol üzrə Azərbaycan və Slovakiya milli komandaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Matçı şotlandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Con Bitona olacaq. Ona yan xətt hakimləri Alan Mulvanni və Şon Karr köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək.

Qeyd edək ki, “Bakcell Arena”da təşkil olunacaq oyun saat 20:00-da başlayacaq.

Xəbər 746 dəfə oxundu.