Azərbaycan millisi universal döyüş üzrə Avropa çempionatında iştirak edəcək
İyunun 10-17-də Ukraynanın Odessa şəhərində universal döyüş idman növü üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Universal Döyüş Federasiyasından bildiriblər ki, yığma komandamız qurumun prezidenti, Qitələrarası Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənovun rəhbərliyi altında iyunun 9-da Ukraynaya yola düşəcək.

Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyevin başçılığı ilə keçiriləcək qitə birinciliyinin baş katibi Aydın Abdullazadə, baş hakimi isə bolqarıstanlı İvan Tanev olacaq.

Xəbər 683 dəfə oxundu.