Şahmatçımız İtaliyada festivalda iştirak edəcək
İyunun 8-də İtaliyada “A” kateqoriyalı şahmat festivalı start götürəcək.

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva da yarışda qüvvəsini sınayacaq.

Turnirdə 77 şahmatçı iştirakını təsdiqləyib ki, onlardan da 16-sı qrossmeysterdir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksey Dreevdir (2657). Ülviyyə Fətəliyeva isə 30-cu sırada yer alıb (2334).

İsveçrə sistemi ilə keçiriləcək yarış iyunun 14-dək davam edəcək.

Xəbər 764 dəfə oxundu.