Elanla istefa çağırışı
«Aston Vİlla»nın baş məşqçi Aleks Maklişin istefasını gözləyən azarkeşləri klub rəhbərliyinə qeyri-adi təsir üsuluna əl atıblar. İdman.com.az saytının məlumatına görə, fanatlar yerli «Birmingham Mail» qəzetinə baş məşqçinin istefasına çağırış mətnli elan yerləşdiriblər.

Elan üçün lazım olan məbləği bir qrup azarkeş Facebook vasitəsilə toplayıblar. Onlar 600 funt yığıb bu pula qəzetdə reklam yeri alıblar.
«Birmingham Mail»lə futbol klubu arasında sıx münasibətlər olsa da, qəzet rəhbərliyi azarkeşlərə rədd cavabı verməyiblər. Belə ki, elanda təhqiredici heç bir şey olmayıb.

Oyunlar zamanı isə vəziyyət tam başqa olur. Azarkeşlərin ən mədəni səslənişi «Makliş rədd ol!» ifadəsidir.
Məşqçi fanatların elanı ilə bağlı heç bir açıqlama verməsə də, bu yaxınlarda klubun oyunçularından Ceym Kollinz, Fabian Delf və Kris Herdin gecə klubunda davadan sonra polis tərəfindən saxlanılmasına münasibətini bildirib. Makliş belə əməllərin klubun nüfuzuna kölgə saldığını, ancaq belə işlərdən heç kəsin sığortalanmadığını deyib.

Xəbər 1017 dəfə oxundu.