Bakıda mas-restlinq üzrə dünya kuboku yarışları və açıq Avropa çempionatı keçiriləcək
İyunun 8-9-da Abşeron Olimpiya İdman Kompleksində mas-restlinq üzrə dünya kuboku yarışlarının birinci mərhələsi və açıq Avropa çempionatı keçiriləcək.

Turnirdə Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Pakistan, Rusiya, Slovakiya, Türkmənistan, Özbəkistan, Ukrayna və Finlandiyadan 200 idmançı iştirak edəcək.

Dünya kuboku yarışları Gənclər və İdman Nazirliyi, Beynəlxalq Mas-Restlinq Federasiyası və Azərbaycan Mas-Restlinq Federasiyasının təşkilatçılığı ilə təşkil olunacaq.

Turnirin açılış mərasimi iyunun 8-də keçiriləcək.

Beynəlxalq Mas-Restlinq Federasiyasının rəhbərliyi də dünya kubokunu izləmək məqsədilə ölkəmizə səfərə gələcək.

Xəbər 670 dəfə oxundu.