Balotellinin əyləncələri
«Mançester Siti»nin ərköyünü Mario Balotelli futbolətrafı həyatı ilə gündəmdən düşməyə imkan tapmır. Doğrudur, vannadakı atəşfəşanlığına çatan yeni bir hoqqa çıxarması çətin olar. Lakin ondan hər dəfə yeni xəbərlər gəlməkdədir.

Futbolçunun keçmiş sevgilisi Rafaella Fiko hesab edibdi ki, Mario ona sadiqdir. Ancaq «Siti»li forvard sağa və sola oyunlarda rəqibin cərimə meydançasına getdiyindən az getmir. Bu əməllərin mətbuatda hay-küylü ifşasından sonra 23 yaşlı model özündə futbolçu ilə münasibətləri pozmağa güc tapıb.

İdman.com.az saytı xəbər verir ki, Balotelli çox da məyusluq yaşamayıb. Bu çərşənbə günü o, şampan vannalı bir gecə təşkil edərək, oraya 4 yüngül əxlaqlı qadını dəvət edib. Onlar gecə saat 01:30-da futbolçunun yanına gətirilmişdilər. Biri tez də yola salınsa da, qalanları səhər saat 8-dək Balotelli ilə min hoqqadan çıxıblar. Bu istirahətin ardından da futbolçu məşqə yollanıb. Bəlkə də, bu cür hoqqaları Balotelliyə meydanda uğurlu oyuna qüvvət verir.

Xəbər 1072 dəfə oxundu.