“Azerbaijan International 2019”: iki idmançımız təsnifat mərhələsində uğurlu çıxış edib
“Azerbaijan International 2019” turnirində iki idmançımız uğurlu çıxış edib.

Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə fərdi kişilər və qadınlar, qoşa kişilər və qarışıq-qoşa kateqoriyalarında təsnifat mərhələsinə start verilib. Badmintonçularımızdan Orxan Qələndərov təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Malta təmsilçisi Metyu Abelaya 2:0 (21-14, 21-13) hesabı ilə qalib gəlib. Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşündə İran təmsilçisi Əlirza Kərəmi üzərində 2:0 (21-13, 21-17) qələbə qazanıb.

Kişilərin fərdi kateqoriyasında təsnifat mərhələsində yarışan badmintonçularımızdan Cahid Əlhəsənov avstraliyalı Entoni Coyeyə 0:2 (9-21, 15-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov isə hindistanlı Kevin Arokia Valterə 0:2 (5-21, 11-21) hesabı ilə məğlub olub.

“Azerbaijan International 2019” turniri iyunun 9-na kimi davam edəcək. Ümumi mükfat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 badmintonçu mübarizə aparır.

Xəbər 856 dəfə oxundu.