Şəhriyar Məmmədyarov Norveçdə keçirilən şahmat turnirinə qələbə ilə başlayıb
Norveçin Stavanger şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı "Altibox Norway Chess 2019" superturnirinin birinci turuna yekun vurulub.

Bu nüfuzlu yarışın ilk turunda azərbaycanlı qrossmeyster amerikalı Fabiano Karuanaya qarşı mübarizə aparıb. Partiya heç-heçə başa çatıb, rapiddə şahmatçımız rəqibini məğlub edib (05:05 (1:0, rapid). Təmsilçimizin aktivində 1,5 xal var. İkinci turda Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.

Turun digər oyunlarında Maqnus Karlsen (Norveç) Vişvanatan Anand, Din Lijen (Çin) Uesli So (ABŞ), Levon Aronyan (Ermənistan) Aleksandr Qrişuka (Rusiya) qalib gəlib. Maksim Vaşe-Laqrav (Fransa) Yu Yangyiə (Çin) məğlub olub.

İkinci turda digər şahmatçılar, Maqnus Karlsen Levon Aronyan, Din Lijen Yu Yangyi, Uesli So Aleksandr Qrişuk, Fabiano Karuana Maksim Vaşe-Laqravla mübarizə aparacaq.

Xəbər 766 dəfə oxundu.