II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib
İyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarının badminton yarışında Azərbaycan təmsilçisi Ezmi Qovimuramadhoninin kişilərin şəxsi yarışında rəqibləri müəyyənləşib.

Yarışda G qrupunda mübarizə aparacaq Ezminin rəqibləri Rusiya idmançısı Vladimir Malkov, Lüksemburq təmsilçisi Robert Mann və rumıniyalı Kollinz Valentin Filimondur. “Minsk 2019”da badminton yarışları iyunun 24-dən 30-dək baş tutacaq.

Kişilərin mübarizəsində şəxsi hesabda 32 idmançı mübarizə aparacaq.

Xəbər 1222 dəfə oxundu.