Ferqyuson «Mançester Yunayted»i gəncləşdirir
«Mançester Yunayted»in baş məşqçisi Aleks Ferqyuson «Siti» və bənzər klubların transfer bazarında vəziyyəti mürəkkəbləşdirdiyini deyib: «Heç kəs onların maliyyə qüvvəsinin qarşısında dura bilməz. Transfer bazarı indi sərsəm bil aləmi xatırladır. Bunu da «Siti» kimi klublar edib. Onlar dünyanın bütün oyunçularını topdan ala bilərlər. Bu da düşüncəli siyasət aparan digər klublara ciddi maneəçiliklər törədir».

İdman.com.az saytının məlumatına görə, baş məşqçi həmçinin bu yay komandaya 2-3 yeni oyunçunu gətirməyi planlaşdırdığını qeyd edib: «Bu yay biz, şübhəsiz, komandaya yeni oyunçular gətirəcəyik. Ola bilsin iki və ya üçünü. Hər şey transfer bazarının xüsusiyyətlərindən asılı olacaq. Biz klubdakı gənclərin potensialını da nəzarətdə saxlayacağıq. Bizdə bu iş yaxşı alınır. Giqqzin və Skoulzun zamanı artıq bitmək üzrədi».

Mətbuatda «Mançester Yunayted»in əsasən «Tottenhem»dən Luka Modriç və «Lill»dən Eden Hazarla maraqlandığı qeyd edilir.

Xəbər 921 dəfə oxundu.