Şəhriyar Məmmədyarov “Altibox Norway Chess 2019”da mübarizə aparacaq
Norveçin Stavanger şəhərində “Altibox Norway Chess 2019” superturniri keçiriləcək.

Şahmat elitasının çəmləşdiyi nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.

İyunun 4-dən 14-dək davam edəcək superturnirdə Ş.Məmmədyarov ilə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Din Lijen, Yu Yangyi (hər ikisi Çin), Maksim Vaşe-Laqrav, (Fransa), Aleksandr Qrişuk (Rusiya), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) mübarizə aparacaqlar.

Xəbər 711 dəfə oxundu.