Bu gün İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı start götürəcək
Bu gün İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı start götürür.

Yarışın birinci günündə 55, 63, 77, 97 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Zaur Əliyev (55 kq) bolqarıstanlı Denis Krasimirov, Zaur Nuriyev (63 kq) Portuqaliya təmsilçisi Daniel Morais Kaldas, Nəsir Həsənov (77 kq) ukraynalı Dmitri Vasetski, Laçın Vəliyev (97 kq) Finlandiya güləşçisi Juho Matias Pahikaynen, Sərxan Məmmədov (130 kq) isə çexiyalı Markel Albini ilə qarşılaşacaq.

Xəbər 772 dəfə oxundu.