Kiyevdə keçirilən beynəlxalq şahmat yarışında Azərbaycan da təmsil olunub
Ukraynanın Gənclər və İdman Nazirliyi və GUAM-ın birgə təşəbbüsü ilə Kiyevdə beynəlxalq şahmat yarışı keçirilib.

Səfirlər, diplomatlar, gənclər və şagirdlərin qatıldığı yarışda Azərbaycanı Kiyev şəhər orta məktəb şagirdi Əli Allahverdiyev təmsil edib.

GUAM-ın baş katibi Altay Əfəndiyev bildirib ki, turnirdə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Turnirin məqsədi həvəskar şahmatçıları bir araya gətirməkdir.

Onun sözlərinə görə, ilk dəfədir belə bir turnir təşkil olunur və bunun ənənə halı alacağına inanır.

AZƏRTAC


Xəbər 717 dəfə oxundu.