Balakənin qızlardan ibarət futbol komandası respublika birinciliyində üçüncü yeri tutub
On altı yaşlı qızlar arasında futbol üzrə respublika birinciliyində üçüncü yeri tutan Balakən rayonunun “Qubek” komandasının üzvlərinə mükafatlar təqdim olunub.

Komanda üzvlərinin mükafatlandırılması münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, AFFA-nın nümayəndələri çıxış edərək Azərbaycanda qadın futbolunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Diqqətə çatdırılıb ki, təcrübəli idman mütəxəssisi İdris Bədirovun rəhbərlik etdiyi qızlardan ibarət futbol komandası 2015-ci ildə yaradılıb. Respublika birinciliyində iştirak edən 14 komanda arasında üçüncü yeri tutmaq balakənli qızlar üçün çox böyük uğurdur.

Sonra komandanın üzvlərinə bürünc medal və diplomlar təqdim olunub.


Xəbər 759 dəfə oxundu.