Məktəblilərin dünya çempionatından
Rumıniyada məktəbli şahmatçıların dünya çempionatı keçirilib. İdman.com.az saytının məlumatına görə, yarışda 37 ölkədən 532 məktəbli iştirak edib. 13 yaşlı qızların yarışında Günay Məmmədzadə 7,5 xalla çempion adını qazanıb, 7 xalla Nərmin Məmmədova ikinci mükafata sahib çıxıb. Eyni yaşlı oğlanların mübarizəsində İsmayıl Şahəliyev ikinci yeri tutub. 15 yaşlı qızların birinciliyinə Xatın Bağırova gümüş, Aytən Əmrayeva bürünc mükafat qazanıblar.

Xəbər 1171 dəfə oxundu.