Qılıncoynatma üzrə Azərbaycan çempionatı keçiriləcək
İyunun 2-3-də Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) birgə təşkilatçılığı ilə baş tutacaq.

Azsport.az AQF-yə istinadla xəbər verir ki, çempionatda qılıncoynadanlar sablya və şpaqa növlərində mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışın açılışı mərasimi iyunun 2-də olacaq.

Xəbər 907 dəfə oxundu.