Gənc cüdoçularımız Avropa kuboku yarışlarında mübarizə aparırlar
Avstriyanın Leybnits şəhərində Azərbaycanın gənc cüdoçularının da qatıldıqları Avropa kuboku yarışları start götürüb.

Turnirdə Azərbaycanı 15 kişi və 3 qadın cüdoçu təmsil edir. Belə ki, Rəşad Yelkiyev, Rəxşan Baxşəliyev, Əhməd Yusifov (hamsı 60 kq), Nəriman Mirzəyev, Nurlan Osmanov, Sabir İsmayılov, Bahəddin Ağayev (hamısı 66 kq), Zaməddin Poladov, Yaqub Cavadov, Rəşad Məmmədəliyev, Zaur Dünyamalıyev (hamısı 73 kq), Abdulla İsmayılov, Adil Kərimli (hər ikisi 100 kq), İmran Yusifov və Camal Feyziyev (100 kq-dan yuxarı) medallar uğrunda mübarizə aparırlar.

Qadınların yarışında isə Şəfəq Həmidova, Vüsalə Kərimova (hər ikisi 48 kq) və Ülviyyə Bayramova (57 kq) qüvvələrini sınayırlar.

İki gün davam edəcək yarışda 34 ölkədən 650-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparır.

Xəbər 867 dəfə oxundu.