AFFA-nın baş katibi UEFA-nın komitəsinə sədr seçilib | |
Xəbər verdiyimiz kimi, mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub. Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı. |
|
Xəbər 801 dəfə oxundu. |
|
|