Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünü açıq elan edir | |
Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünü açıq elan edir. İrimiqyaslı beynəlxalq yarışların ardınca bu dəfə meydançada paytaxt gimnastlarının əzmkar çıxışlarını izləmək mümkün olacaq. İyunun 6-da Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə beşinci və tamblinq üzrə isə 17-ci Bakı çempionatı və birinciliyi keçiriləcək. Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” və “Neftçi” klublarını təmsil edən ümumilikdə 66 gimnast balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar. |
|
Xəbər 799 dəfə oxundu. |
|
|