Həndbolçularımız Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
İyunun 1-dən 7-dək Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda həndbol üzrə oğlanlardan ibarət milli komandamız iştirak edəcək.

Beynəlxalq turnirdə iştirakın əsas məqsədi iyulda Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqdır.

Xəbər 1135 dəfə oxundu.