Gənc cüdoçular arasında Avropa kubokunda ölkəmizi 18 cüdoçu təmsil edəcək
İyunun 1-də Avstriyada gənc cüdoçular arasında Avropa kuboku yarışlarına start veriləcək. Turnirdə Azərbaycanı 3 qadın və 15 kişi cüdoçu təmsil edəcək.

İki gün davam edəcək yarışda 34 ölkədən 650-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 663 dəfə oxundu.