Kross qaçışı üzrə Xocavənd rayon birinciliyinin qalibləri müəyyənləşib
Xocavənd rayonun gəncləri arasında 28 May – Respublika Günü münasibətilə keçirilən kross qaçışı üzrə birinciliyin qalibləri məlum olub.

Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış qəsəbədə keçirilən yarışda məqsəd gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, onlara sağlam həyat tərzi aşılamaqdır. İştirakçılar 3 kilometr məsafəyə qaçışda qüvvələrini sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən Kənan Cəfərzadə birinci, Nuramin Məhərrəmov ikinci, Cəbrayıl Qurbanov isə üçüncü yerə layiq görülüblər. Qaliblər Xocavənd Rayon Gənclər və İdman İdarəsinin diplomu ilə təltif olunublar.

Xəbər 726 dəfə oxundu.