Daha 10 medal
Bakıda cüdoçular arasında qran-pri turniri başa çatıb. İdman.com.az saytının məlumatına görə, yarışın birinci gündə 9 medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanan Azərbaycan millisi, bu gün daha 10 medala sahib çıxıb.

Ağayar Axundzadənin rəhbərlik etdiyi komandadan Tural Səfquliyev (81 kq), Elxan Məmmədov (90 kq) və Gülsədəf Kərimova (78 kq) yarışın qalibi olublar. Yığmamızın üzvlərindən Ramin Qurbanov (90 kq), Ramilə Yusubova (63 kq) və Fəridə Qurbanova (78 kq) 2-ci yer tutublar. Məmmədəli Mehdiyev (81 kq), Andrey Fatıyev (100 kq), Günay Əlməmmədli (70 kq) və Gülnarə Əsədova (+78) isə bürünc medalla kifayətləniblər.

Beləliklə, 2 gün davam edən qran-priyə 34 cüdoçu ilə qatılan yığmamız 6 qızıl, 5 gümüş və 8 bürünc medal qazanıb. Onlar bu nəticə ilə komanda hesabında I olublar. İkinci yerdə Yaponiya (4 qızıl), üçüncü yerdə isə Gürcüstan (1 qızıl, 2 gümüş, 4 bürünc) milliləri qərarlaşıblar.

Xəbər 1417 dəfə oxundu.