Son gündə mükafat olmadı
Böyük Britaniyanın Mançester şəhərində usta taekvondoçular arasında Avropa çempionatı başa çatıb. İdman.com.az saytının məlumatına görə, yarışın son günündə millimiz medal qazanmayıb. Avropa çempionu İlkin Şahbazov (74 kq) 1/4 finalda türkiyəli rəqibinə uduzub.

Xatırladaq ki, gümüş medallara çempionatın ilk günü Mikayıl Əliyev (54 kq) və bir gün əvvəl hakim haqsızlığıynan üzləşən Ramin Əzizov (80 kq) sahib olub. Azərbaycan taekvondoçuları mayın 8-də vətənə dönəcəklər.

Xəbər 1040 dəfə oxundu.