Cəfərov Elçin Lənkəran oğlu | |
Cəfərov Elçin Lənkəran oğlu 07 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1978-ci ildən əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə yunan-Roma güləşi üzrə idman ustası adına lqyiq görülüb. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1992-ci ildə Əməkdar məşqçi adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilib. Yunan-Roma güləşi üzrə milli yığma komandanın baş məşqçisi vəzifəsində çalışıb. Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. Milli yığma komandanın baş məşqçisi kimi yunan-Roma güləşi üzrə ən yüksək nəticələr əldə edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. |
|
Xəbər 3598 dəfə oxundu. |
|
|