Balakəndə sərbəst güləş üzrə turnir keçirilib
Respublika Günü münasibətilə Balakən Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turnirinə yekun vurulub.

Balakən Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təqvim planına əsasən keçirilən yarışda 76 güləşçi mübarizə aparıb. İdmançılar 14 çəki dərəcəsi üzrə yarışıblar.

Birinciliyin qalibləri diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 641 dəfə oxundu.