Ağır atletika üzrə dünya çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək
İyunun 1-dən 9-dək Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcək.

51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) qatılacağı çempionatda ölkəmizi iki idmançı təmsil edəcək. Qızların yarışında 55 kiloqram çəki dərəcəsində Səbinə Əzimova, oğlanların mübarizəsində isə 102 kiloqram çəki dərəcəsində Əliş Nəzərov güclərini sınayacaqlar.

AZƏRTAC

Xəbər 805 dəfə oxundu.