XXXI tur başa çatdı | |
Bu gün Unibank Premyer Liqasında XXXI tur sonna çatıb. İdman.com.az saytının məlumatına görə, turun ikinci oyun günündə ikinci “altılığ”ın görüşləri keçirilib. AzAL-ı qəbul edən “Sumqayıt” növbəti qələbəsini qazanaraq, sonuncu olmamaq şansını saxlayıb. Digər matçda da ev sahibləri qalib gəliblər. Qərb derbisində - “Kəpəz” “Turan”ı məğlub edib. “Simurq”la “Rəvan”ın qarşılaşmasında isə birincilər tilsimi qırmağa çalışsalar da, bu, alınmayıb. Belə ki, oyun ərzində hesabda öndə olan zaqatalalılar sona 3 dəqiqə qalmış üstünlüyü əldən veriblər – 1:1. Nəticədə mövsüm ərzində hər 3 matçda heç-heçə edən rəqiblər bu dəfə xalları yarı bölüblər. 6 may “Kəpəz” – “Turan” - 2:1 Qol: Ceyhun Sultanov, 44 (pen); Junivan Suares, 79 - Nadir Nəbiyev, 66 Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov Gəncə. Şəhər stadionu “Sumqayıt” – AzAL - 1:0 Qol: Orxan Həsənov, 83 Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Tahir Əhmədov Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu “Simurq” – “Rəvan” - 1:1 Qol: Rasim Ramaldanov, 9 - Nemanya Vidakoviç, 87 (pen) Hakimlər: Fuad Həsənov, Vaqif Musayev, Rahil Ramazanov, Elçin Məmmədov Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu |
|
Xəbər 855 dəfə oxundu. |
|
|