Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarus yığması ilə qarşılaşıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Qızıl Avropa Liqası”nda ilk oyununu keçirib.

Millimiz Minskdə Belarus yığması ilə qarşılaşıb. Rusiyalı baş hakim Olqa Zaxarovanın idarə etdiyi oyunda Belarus yığması 3:2 hesabı ilə qalib gəlib.

“C” qrupunda yer alan millimiz Belarus yığması ilə yanaşı, Finlandiya və İspaniya seçmələri ilə də qarşılaşacaq.

Xəbər 814 dəfə oxundu.