Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb.

Böyüklərdən ibarət aerodans komandamız 17,800 balla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Rusiya komandası 17,750 balla ikinci, Rumıniya yığması 17,400 balla üçüncü olub.

Xəbər 838 dəfə oxundu.