Aerobika gimnastikası: Avropa çempionatında gənclər arasında qarışıq cütlük proqramının qalibləri müəyyənləşib
Bakıda, Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənclər arasında qarışıq cütlük proqramında da qaliblər müəyyənləşib.

Bu proqramda fəxri kürsünün ilk pilləsini italiyalı gimnastlar tutublar (Andrea Kolnaqo və Eliza Marras, 20,050 bal). İkinci yerə Rusiya gimnastları (Damir Manafov və Kseniya Stefu, 20,050 bal) layiq görülüblər. Üçüncü pilləni isə Rumıniyadan olan cütlük tutub (Darius Avqustin Branda və Andrea-Selena Sotanqa, 19,900 bal).

Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

Xəbər 989 dəfə oxundu.