Aşihara karate üzrə respublika çempionatına yekun vurulub
Bakı İdman Sarayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş aşihara karate üzrə respublika çempionatı keçirilib.

Turnirdə Azərbaycanın 20-dən artıq şəhər və rayonlarından 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda fəxri kürsünün ilk pilləsində Nəsimi rayonunun komandası qərarlaşıb. İkinci yeri Göygöl rayonunun komandası tutub. Üçüncü yerə isə Səbail rayonunun komandası və "RM" klubunun yetirmələri layiq görülüblər.

Sonda qaliblər mükafatlandırılıblar.

Xəbər 839 dəfə oxundu.