Bu gün kişi voleybolçularımız Gümüş Avropa Liqasında ilk oyunlarını keçirəcəklər
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyununu keçirəcək.

Yığmamız Azərbaycan Voleybol Mərkəzində Rumıniya millisini qəbul edəcək.

Oyunu çexiyalı Vlastimil Kovar idarə edəcək. Ona həmyerlimiz Konstantin Selin kömək edəcək.

“B” qrupunda yer alan millimiz Rumıniya yığması ilə yanaşı, Gürcüstan və Danimarka seçmələri ilə birgə mübarizə aparır.

Xəbər 889 dəfə oxundu.