Yeniyetmə güləşçilərimiz Avropa çempionatına Xaçmazda hazırlarşırlar
Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirirlər.

Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Abil İbrahimov və Yaşar Əliyevin, yunan-Roma güləşçilərimiz isə böyük məşqçi Taleh İsrafilov və məşqçi Nazim Əhmədovun rəhbərliyi altında mayın 17-dən hazırlığa başlayıblar. Millilərimiz həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir.

Qeyd edək ki, mayın 29-dək davam edəcək hazırlıq prosesi iyunda İtaliyada keçiriləcək Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

Xəbər 811 dəfə oxundu.