Sumoçumuz Camal Feyziyev "Caspian Power" Idman Festivalının qalibi olub
Heydər Əliyev adına İdman Sarayında "Caspian Power" Idman Festivalı davam edir.

Festival çərçivəsində keçirilən sumo yarışlarında qalib müəyyənləşib. Mütləq çəkidə təşkil olunan yarışda Avropa çempionu və dünya birinciliyinin mükafatçısı Camal Feyziyev qızıl medal qazanıb. Dünya birinciliyinin mükafatçısı Səbuhi Hümbətov yarışı ikinci, Əmiraslan Əhmədov isə üçüncü pillədə başa vurublar.

Xəbər 1571 dəfə oxundu.