"Caspian Power" İdman Festivalında mas-reslinq üzrə yarışların finalçılar müəyyənləşib
Heydər Əliyev adına İdman Sarayında keçirilən "Caspian Power" İdman Festivalında mas-reslinq üzrə yarışlar davam edir.

Yarışda idmançılar 2 çəki dərəcəsi - 90 və 105 kiloqram çəkidə qüvvələrini sınayılar.

Yarışda 90 kiloqram çəki dərəcəsində finalda Avropa çempionatının mükafatçısı Xəyyam Orucov dünya çempionatının medalçısı Sultan Ağayev ilə qarşılaşacaq. Amil Qazıyev və Elton Talıbov isə bürünc medal uğrunda üz-üzə gələcəklər.

Yarışda 105 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda görüşdə dəfələrlə respublika çempionu olan atletlər Cahangir Yaqubov və Aslan Quliyev qarşılaşacaqlar. Üçüncü yer uğrunda görüşdə isə Tərxan Müzəffərov və Ceyhun Bəndəliyev qarşılaşacaqlar.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan festival çərçivəsində mas-reslinqlə yanaşı, stronqmen, bodibildinq, cui-citsu və sumo üzrə yarışlar da keçirilir.

Xəbər 2301 dəfə oxundu.