Azərbaycanlı FIFA referiləri beynəlxalq turnirlərə təyinat alıblar
FIFA referilərimiz beynəlxalq turnirlərə təyinat alıblar.

Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası mayın 31-dən iyunun 16-dək Fransanın Marsel şəhərində keçiriləcək 1997-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandalar arasında beynəlxalq turnirə təyinat alıb. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Turnirdə İngiltərə, Çili, Yaponiya, Portuqaliya, Braziliya, Fransa, Qatar, Quatemala, Bəhreyin, Çin, İrlandiya, Meksika komandaları mübarizə aparacaqlar.

Çimərlik futbolu üzrə FIFA referisi Əli Cəbrayılov isə mayın 29-dan iyunun 10-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq Avropa Qaliblər Kuboku (EURO Winners Challenge 2019) turnirinə təyinat alıb.

affa.az

Xəbər 730 dəfə oxundu.