Aerobika gimnastikası üzrə Avropa çempionatı: gənclərdən ibarət komandamız finala vəsiqə qazanıb
Azərbaycanın gənclərdən ibarət komandası Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının aerodans proqramında uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova, Eleonora Yusifovadan ibarət komanda 15,300 xal toplayıb.

Xatırladaq ki, bu gün start götürən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast mübarizə aparır. Gimnastlar fərdi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaq.

Xəbər 816 dəfə oxundu.