16-dan 9-u fərqləndi
Bakıda keçirilən cüdo üzrə qran-pri turnirinin ilk gününə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, yarışın birinci gündə tatamiyə çıxan Azərbaycan millisinin 16 idmançısından 9-u medal qazanıb. Ağayar Axundzadənin rəhbərlik etdiyi komandadan İlqar Müşkiyev (60 kq), Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) bütün rəqiblərinə qalib gələrək, Qran-prinin qalibi adını qazanıblar.

Yalnız finalda uduzan Vəfa Eyvazova (48kq) və Gülşən Nəzərova (52 kq) gümüş medalla kifayətləniblər. Yığmamızın heyətində Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Tərlan Kərimov (66 kq) və Turanə Seyidi (52 kq) isə 3-cü yeri tutublar.
Qeyd edək ki, bu gün daha 23 cüdoçumuz nəyə qadir olduğunu göstərəcək.

Xəbər 1639 dəfə oxundu.