Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının final oyunu keçiriləcək. Həlledici qarşılaşmada EKOL və “Advokat” komandaları üz-üzə gələcəklər.

İkinci Liqada çıxış edən “Advokat” ilk dəfə bu mərhələyə vəsiqə qazanıb. EKOL isə 3 dəfə titulun sahibi olub. “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq oyun saat 14:30-da başlayacaq.

Qarşılaşmadan əvvəl Müasir İnnovasiyalar Liseyinin şagirdləri tərəfindən Azərbaycan kubokunun finalı üçün hazırlanmış fləşmob nümayiş olunacaq.

Matç başa çatdıqdan sonra isə komandalara mükafatlar təqdim ediləcək.

Xəbər 842 dəfə oxundu.