“Avroliqaya getmək üçün şansımız var”
“Vacib qələbə qazandıq. Futbolçulardan razı qaldım. Həm hücumda, həm də müdafiədə çox inamlı oyun göstərdilər”. İdman.com.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İnter”lə oyunsonrası təşkil edilən mətbuat konfransında deyib.

Komandasının 1:0 hesablı qələbəsi haqda fikirlərini açıqlayan Qurbanov bildirib ki, qarşılaşma çox gərgin keçib: “Gərgin oyun idi. Olduqca maraqlı qarşılaşma izlədik. Futbolçularda psixoloji gərginlik olsa da, sonadək dayanmadılar. Azarkeşlər də bizə lazımi dəstək verdilər. Avroliqaya getmək üçün şansımız var, qarşıdakı oyuna hazırlaşacağıq”.

Xəbər 891 dəfə oxundu.