Taekvondoçularımızdan növbəti gümüş medal
Böyük Britaniyanın Mançester şəhərində usta taekvondoçular arasında Avropa çempionatı davam edir. Taekvondo Federasiyasından idman.com.az saytına verilən məlumata görə, yarışda Azərbaycan idmançıları daha bir gümüş medala sahib olublar.

London olimpiadasına lisenziya qazanan Ramin Əzizov (80 kq) son saniyələrdə qələbəni əldən verməyə məcbur olub. Qarşıdakı Yay Olimpiya oyunlarının digər iştirakçısı, böyük britaniyalı Aaron Kukla final görüşü sonadək idmançımızın üstünlüyü ilə keçsə də, misirli baş hakimin ədalətsiz qərarı həmyerlimizi qızıl medaldan məhrum edib. Bundan əvvəlki döyüşlərdə o, Sloveniya və Yunanıstandan olan rəqiblərinə 12 xal fərqi ilə vaxtından əvvəl, yarımfinalda isə hollandiyalı idmançıya 14:8 hesabı ilə qalib gəlib.

Yarışın üçüncü günə mübarizə aparan digər taekvondoçularımızdan Ramik Nəzərov (93 kq) və Günay Ağakişiyeva (57 kq) çıxışların medalsız başa vurublar.

Çempionatın son günü, mayın 6-da daha 4 taekvondoçumuz yarışa çıxacaq. Elvin Məmmədov (68) fransalı, İlkin Şahbazov (74) isveçli, Aygül Abdullayeva (53) norveçli, Fəridə Əzizova (67 kq) isə ilk döyüşünü ukraynalı idmançıya qarşı keçirəcək.
Xatırladaq ki, ilk gümüş medalı mayın 4-də Mikayıl Əliyev (54 kq) qazanmışdı.

Xəbər 1354 dəfə oxundu.