Yeniyetmə güləşçilərimiz Xaçmazda hazırlığı davam etdirirlər
Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirlər.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Abil İbrahimov və Yaşar Əliyevin, yunan-Roma güləşçilərimiz isə böyük məşqçi Taleh İsrafilov və məşqçi Nazim Əhmədovun rəhbərliyi altında mayın 17-dən şimal bölgəsində hazırlığı davam etdirirlər.

Millilərimiz həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.

Qeyd edək ki, mayın 29-dək davam edəcək təlim-məşq toplanışı iyunda İtaliyada keçiriləcək Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

Xəbər 801 dəfə oxundu.