Astarada futbol üzrə yarış keçirilib
Mayın 10-dan 20-dək Astara rayon Ojakəran kənd futbol meydançasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə kişilər arasında futbol üzrə Kijəbə qəsəbə inzibati ərazi dairəsinin açıq çempionatı keçirilib.

8 komandanın iştirak etdiyi yarışın final oyununda “Ojəkəran” (Ojəkəran kənd) və “Xəzər”(Ojəkəran kənd) komandaları qarşılaşıb. Gərgin keçən yarışda “Ojəkəran” komandası 6:2 hesabı ilə “Xəzər”dən üstün olaraq birinci yerə layiq görülüb.

Qeyd edək ki, yarışda qalib komandalar Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.


Xəbər 649 dəfə oxundu.